CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Axşam saatları üçün hava proqnozu açıqlandı

Havanın temperaturu 12-16, dağlarda 5-7 dərəcə isti təşkil edəcək
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Bu gün axşam saatlarında Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bu gün axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 14-16, dağlarda 5-7 dərəcə isti təşkil edəcək.