BAKI, 1 noyabr — Sputnik. Ermənistan parlamenti bu gün keçirilən iclasında yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib.
Sputnik Ermənistan xəbər verir ki, onun namizədliyini heç kim dəstəkləməyib, 13 deputat isə əleyhinə səs verib. Seçki formal xarakter daşıyıb.
Xatırladaq ki, N.Paşinyan oktyabrın 16-da istefa verib. Ölkə qanunlarına əsasən, parlament iki dəfə baş naziri seçə bilməzsə buraxılır. Birinci seçki oktyabrın 24-də keçirilib. Odur ki, bu dəfə də seçki baş tutmadığından Ermənistan parlamenti buraxılır. Növbədənkənar parlament seçkilərinin dekabrın 9-da keçiriləcəyi gözlənilir. Seçkilərin keçirilmə tarixini ölkə prezidenti elan edəcək.