HADİSƏ

Cinayətkarlar polis nəfərini parçalayıb yedilər

Polisin adamyeyənlərin evinə basqını zamanı kişinin kəsilmiş başı karton qutulardan birində tapılıb.
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Ukrayada ata ilə oğul polisin başını kəsib, cəsədini parçalara böldükdən sonra bişirib yeyiblər. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.

Məlumata görə, Ukrayna polisi binalardan birinin zirzəmisi qarşısınada parçalara bölünmüş cəsəd aşkarlayıb. Cəsədin yanında bıçaq və bədən parçaları var olub. Polisin araşdıması zamanı məlum olub ki, ata ilə oğul birləşərək 45 yaşlı bir polisi öldürüb. Polisin başını kəsdikdən sonra ata və oğul onun cəsədini bişirib yeyiblər.

Ata ilə oğul birləşərək polisi öldürüb

Polisin adamyeyənlərin evinə basqını zamanı kişinin kəsilmiş başı karton qutulardan birində tapılıb.

Oğul atasının cəsədin ayaqlarını və qabırğalarını kəsərək qaynatdığını etiraf edib. Vəhşi şəkildə öldürülən polisin oktyabrın 4-dən itkin düşdüyü müəyyən edilib.