HADİSƏ

Polis Bakıda baş verən müəmmanın üstünü açdı

Qəza törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 29-da Bakı şəhər sakini Əli Abdullayevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qərb bölgəsindəki dəhşətli qəzada 7 yaşlı qız həlak oldu

Məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirib. Araşdırmalarla Şağan qəsəbə sakini olan Ə.Abdullayevin xəsarətləri həmin gün saat 19 radələrində Buzovna qəsəbəsi ərazisində yolu keçərkən avtomobillə vurulması nəticəsində aldığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə hadisənin "Mercedes" markalı avtomlobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Buzovna qəsəbə sakini Mahir Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.