CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kasperski" azərbaycanlı istifadəçilərin qarşılaşdıqları təhlükələr barədə məlumat yaydı

Cihazların klassik ssenari ilə yoluxması ilə yanaşı azərbaycanlı istifadəçilər digər kiber risklərlə də qarşılaşıb.
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. "Kasperski Laboratoriyası" araşdırma zamanı müəyyən edib ki, azərbaycanlı internet istifadəçilərinin 41 faizi öz rəqəmsal cihazlarında zərərverici proqramlarla qarşılaşıblar. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, araşdırma "Kasperski Labaratoriyası"nın sifarişi ilə 2018-ci ilin oktyabr ayında "ERA" şirkəti tərəfindən aparılıb. Azərbaycanda şəxsi müsahibələr çərçivəsində 18-65 yaşlarında 300 aktiv internet istifadəçisi sorğulanıb.

"41 faiz azərbaycanlı internet istifadəçisi öz rəqəmsal cihazlarının zərərverici proqramlara yoluxması halı ilə qarşılaşıb. Son ildə hər iki nəfərdən biri bu problemlə iki dəfə qarşılaşıb" – deyə şirkətin məlumatında bildirilir.

Araşdırmaya görə, istifadəçilərin demək oalr ki yarısı (45 faizi) öz fayllarını itirib və ya cihazın yavaşlamasını (43 faiz) müşahidə edib. Hər 5-ci zərərçəkmiş cihazın əngəllənməsi ilə qarşılaşıb və 13 faiz istifadəçilərin isə faylları şifrələnib.

Cihazların klassik ssenari ilə yoluxma ilə yanaşı azərbaycanlı istifadəçilər digər kiber risklərlə də qarşılaşıb.

"Məsələn 21 faiz istifadəçiyə informasiyanın gizliliyininin qorunmasını təhlükə altında qoyan mesajlar göndərilib, 19 faiz isə internetdə aqressiv təqiblərə məruz qalıb, 15 faiz oğurluq və itirlmə nəticəsində məlumatlarının saxlanıldığı smartfondan məhrum olub. Profillərin sındırılması ilə istifadəçilərin 9 faizi qarşılaşıb ki, bunlardan çoxu sosial şəbəkə hesabları (78 faiz) olub" deyə şirkətin məlumatında bildirilir.