İran “Lamborghini”ni oğurladı, yaratdı və ... – FOTO

İranda hazırlanan “Lamborghini”nin maksimal sürəti saatda 280 km-di
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Təbrizdə “İran Lamborghinisi” istehsal edilə bilər. Sputnik Azərbaycan xəbər verir ki, iranlı mütəxəssislər İtaliya avtomobilinin orijinalına bənzər avtomobil yaratmağı bacarıblar. Avtomobilin ehtiyat hissələrini İran mütəxəssisləri özləri hazırlayıblar.

İran “Lamborghini”ni oğurladı, yaratdı və ... – FOTO

Avtomobili 4,5 ilə hazırlanıb və 16 nəfərlik komandanın əməyinin məhsuludur. Avtomobilin mühərriki 3,8 lirt həcmindədir və Hyundai markasına məxsusdur. İranda hazırlanan “Lamborghini”nin maksimal sürəti saatda 280 km-dir, orijinal “Lamborghini”-nin sürəti isə saatda 342 km-dir.

İran “Lamborghini”ni oğurladı, yaratdı və ... – FOTO

Avtomobili hazırlayanlardan biri olan Masud Moradi açıqlamasında deyib ki, onlar avtomobilləri sevirlər: “Lamborghini” isə avtomobillərin ən yaxşısıdır. “Lamborghini” bizim xəyalımız idi və biz xəyalımızı gerçəkləşdirdik. Biz layihəyə rəqəmsal dizayn və məlumatların emalı ilə başladıq. Daha sonra dizaynı bitirəndən sonra işimizi istehsal sahəsində davam etdirdik.

İran “Lamborghini”ni oğurladı, yaratdı və ... – FOTO

Biz diqqət etdik ki, avtomobilin bütün hissələri orijinal maşının ehtiyat hissələrinə uyğun olsun. Ondan sonra elektrik işləri və digər işlər aparılıb. Avtomobil hazır olandan sonra sınaq yürüşünə çıxıb. Düşünürük ki, işimizi yüksək ustalıqla həyata keçirmişik və avtomobil əla vəziyyətdədir. Yaxın zamanlarda daha da yüksək keyfiyyətli işlər ərsəyə gətirəcəyik. Avtomobilin satılması isə “Lamborghini” şirkətinin qərarından asılıdır. Fürsətdən istifadə edib “Lamborghini” şirkətindən üzr istəyirik ki, onların ideyalarından istifadə etmişik. Amma biz öz brendimizi yaratmaq fikrindəyik. Yaxın zamanlarda yeni super avtomobillər ilə qarşınızda olacağıq”.