"Azərsu"dan vətəndaşlara xəbərdarlıq

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Bu gün Bakının Qaradağ rayonunun bir hissəsində su olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 31 oktyabr 2018-ci il tarixində gün ərzində Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.