BAKI, 31 oktyabr — Sputnik. Çində polislər körpə qızını satan kişini saxlayıblar.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, kişi cinayəti barədə polislərə verdiyi açıqlamada buna qız övladının doğulmasının səbəb olduğunu bildirib: “Mən oğlumun olmasını istəyirdim, amma qızım oldu. Mən də onu satmaq qərarına gəldim”.
Hadisə İy şəhərində baş verib. Sentyabr ayında 42 yaşlı Syaoxueya Linin ikinci qızı dünyaya gəlib. Kişi bundan əsəbiləşib və sentyabrın sonunda qızı qonşu əyalətdən olan ailəyə 980 manata satıb.
Uşağa baxmaq üçün oğlunun evinə köçməyə hazırlaşan Linin anasına rədd cavabı verilib. Oğlu anasını evə belə, buraxmayıb. Amma oktyabrın əvvəlində nənə gəlinin görmək üçün oğlunun evinə gedib və uşağın olmadığını görüb. Bundan sonra o, polisə müraciət edib.
Kişini sorğu zaman həqiqəti boynuna alıb.
Uşağın cinayətkarların əlinə düşməsindən qorxan polis dərhal əməliyyat keçirib. Amma məlum olub ki, uşağı alan şəxslər adi ailədir və artıq 10 ildir onların övladları olmur. Polis həm kişini, həm də uşağı alan cütlüyü həbs edib. Körpə qız anası və nənəsinə qaytarılıb.
Çin qanunlarına görə, miqyasından asılı olaraq, qadın və uşaqların alıb-satılmasına görə cəza 5 il müddətinə həbslə başlayır. Cinayət törədən şəxs ömürlük həbs ala və ya edam edilə də bilər.