CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda pedofil balaca qızcığazı yaşayış evinin zirzəmisinə sürüklədi

Balaca qızcığaz həyətdə oynayırmış, lakin bir neçə dəqiqə sonra ana uşağın həyətdə olmadığını görüb
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Bakıda tükürpərdici cinayət törədilib, beş yaşlı qız uşağını zorla yaşayış binasının zirzəmisinə sürükləyən pedofil tutulub.

Bu tükürpərdici hadisə paytaxtın mərkəzində, Şamil Əzizbəyov küçəsində oktyabrın 30-da baş verib. 1985-ci il təvəllüdlü gənc qadın 22-ci Polis bölməsinə şikayət ünvanlayıb. Qadın ərizəsində qeyd edib ki, səhər saat 11:00-da onun 5 yaşlı qızı həyətdə oynayıb. Bir neçə dəqiqə sonra qadın öz qızının həyətdə olmadığını görüb və dərhal onu axtarmağa başlayıb.

Balacanın axtarışlarına qoşulan qonşular qızcığazı yaşayış evinin zirzəmisində, orta yaşlı kişinin uşağı zorlamağa cəhd etdiyi vaxt tapıblar. Kişi uşağa qarşı seksual xarakterli hərəkət edirmiş. Pedofil saxlanılaraq 22-ci Polis bölməsinə təhvil verilib. O, ana və balanın qonşusu, 1959-cu il təvəllüdlü Elman Mərdanov olub.

Polisdən vurğulanıb ki, saxlanılan şəxsdən xoşbəxtlikdən öz çirkin əməllərini reallaşdıra bilməyib. Saxlanılan şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150-ci maddəsi (Seksual xarakterli zorakılıq hərəkətləri) üzrə cinayət işi başlayıb.