Türkiyə kürd terrorçularına qarşı böyük əməliyyata başlayır

Türkiyə prezidenti vurğulayıb ki, əməliyyata hazırlıq artıq başa çatıb
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Yaxın vaxtlarda Türkiyə Fərat çayından şərqdə kürd yaraqlılarına qarşı genişmiqyaslı əməliyyata başlayacaq. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Fərat çayından şərqdə terror strukturunun yaranmasına izn verə bilmərik. Biz onu məhv edəcəyik. Addım-addım, təpə-təpə hər yeri təmizləyəcəyik" - deyə Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlament fraksiyası qarşısında çıxışı zamanı bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, əməliyyata hazırlıq artıq başa çatıb.