Türkiyədə yenidən "FETÖ fırtınası" qopub

Keçirilən genişmiqyaslı əməliyyat nəticəsində Quru Qoşunlarının 40 hərbçisi saxlanılıb
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə mübarizə çərçivəsində Türkiyə ordusu daxilində yenidən genişmiqyaslı əməliyyat keçirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Quru Qoşunlarının 40 hərbçisi saxlanılıb.

Məlumata əsasən, saxlanılan hərbçilər FETÖ-yə casusluqda ittiham olunurlar. Saxlanılanlar arasında yüksək rütbəli hərbçilər də var. Hələlik saxlanılan şəxslərin ad və vəzifələri açıqlanmır.