SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cavad Zərif: “Qarabağ münaqişəsi tezliklə həll edilməlidir”

“Biz hər zaman söyləyirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır”
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. "Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmaldır".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Türkiyə və İran xarici siyasət idarələri rəhbərlərinin İstanbulda keçirilən üçtərəfli görüşündən sonra baş tutan mətbuat konfransında bildirib.

İran XİN 2 yaşlı Zəhranın qətlinə münasibət bildirdi

Onun sözlərinə görə, hər üç ölkə arasında yaxın qonşuluq siyasəti uğurlu əməkdaşlığa təkan verir: "Hər üç ölkənin ortaq iradəsi mövcuddur. Bölgə xalqlarının yaşam standartlarının yüksəlməsi üçün problemlərin öz həllini tapması vacibdir. Biz hər zaman söyləyirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır".

M.Zərif deyib ki, hər üç ölkə çox geniş imkanlara sahibdir: "Biz elm və texnologiya sahəsində əməkdaşlığımızı genişləndirməliyik. Görüşdə hər üç ölkənin özəl sektorları arasında Üçtərəfli Biznes Forum yaradılmasını da məqsədəuyğun saydıq. Bank sahəsində verdiyimiz qərarlar qarşılıqlı ticarətin milli valyuta ilə aparılmasına şərait yaradacaq".