CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabinetində 3 nəfər işdən çıxarıldı

Baş nazir Kabinetdə dəyişikliklərlə bağlı qərar qəbul etdi
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. Nazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, kabinetin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov yaş həddi ilə əlaqədar vəzifədən azad olunub. 

Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Sadıqov vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Nazirlər Kabinetinin Hüquq şöbəsinin müdir müavini Səriyyə Əzimova isə öz ərizəsi əsasında işdən çıxarılıb.