Polis olmaq istəyən qadınların qarşısına ağlasığmaz şərt qoyulub

Beynəlxalq insan hüquqları təşkilatları bu qanunun ləğv edilməsini tələb ediblər
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. İndoneziyada polis olmaq istəyən qızların qarşısına şərt qoyulub. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, polis olmaq üçün qadınlar bakirəlik testi verməli olacaqlar. Onların bakirə olması şərtdir. Bu xəbər ölkədə və dünya mediasında geniş müzakirəyə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatı bu testin heç bir mənası olmadığını və eyni zamanda bunun insan hüquqlarının tapdalanması olduğunu bildirib.

Beynəlxalq insan hüquqları təşkilatları bu qanunun ləğv edilməsini tələb ediblər.