Ötən həftə İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Suriya mövzusunda dördtərəfli zirvə görüşü keçirilib. Görüşdən sonra yayılan bəyannamədə Suriyada davamlı atəşkəsin önəmi vurğulanıb və tərəflər bunun üçün birgə səy göstərməkdə qərarlı olduqlarını ifadə ediblər.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, İstanbulda keçirilən görüş dörd ölkə üçün də faydalı oldu:
“Bu dövlətlərin hər birinin özəl maraqları var. Ancaq iştirakçı olan bütün ölkələr Suriyada terrora son qoyulmasını, qaçqın axınının dayandırılmasını istəyir. Bununla belə ölkələrin ortaq mövqe nümayiş etdirəcəkləri qənaətinə gəlinməli deyil. Çünki Bəşər Əsədə münasibətdə tərəflərin mövqeləri fərqlidir. Bu format xeyirli və faydalı olsa da Suriya məsələsinə baxışı bir nöqtəyə yönəltmir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz