HADİSƏ

Azərbaycan XİN təyyarə qəzası barədə rəsmi açıqlama verdi

Nazirlik: İndoneziyada qəzaya uğrayan təyyarədə azərbaycanlı olmayıb
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. İndoneziyada qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Müsəlman ölkəsində 189 nəfərin faciəli şəkildə həlak olduğu an – VİDEO

Onun sözlərinə görə, məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə araşdırma aparılıb və məlum olub ki, qəzaya uğrayan təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında İndoneziyanın Yava adası sahillərində "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə heyət üzvü də daxil olmaqla 189 nəfər olub və onların hamsının öldüyü bildirilir.

Qeyd edək ki, Cakartadan Pankalpinanq şəhərinə uçan təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra radarlardan itib. Təyyarə Yava adasının qərb sahillərində dənizə düşüb.