Hadisə Krasnodar bölgəsinin Uspensk şəhərində baş verib. Tamaşa zamanı təlimçisindən qaçan aslan çəpər xaricinə çıxaraq dördyaşlı qıza hücum edib. Bu dəhşətli kadrlar isə tamaşaçıların biri tərəfindən lentə alınıb.
Çoxsaylı xəsarətlərlə balaca qız reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə, qızın həyatı təhlükə altında deyil.
Hadisə ilə bağlı cinayət işi açılıb.