BAKI, 29 oktyabr — Sputnik. Bu gün Tunisin eyniadlı paytaxtının mərkəzindəki Həbib Burgiba küçəsində güclü partlayış baş verib.
Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, hadisə kamikadze tərəfindən törədilib. Polis ərazini bağlayıb. Məlumata görə, partlayış Daxili İşlər Nazirliyi yaxınlığında baş verib. Terrorçunun hədəfi orada olan polis əməkdaşları olub.
Şahidlərin sözlərinə görə, hadisə qadın tərəfindən törədilib. Hadisə ilə bağlı əlavə məlumat verilmir.