CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metrodan istifadə edənlərə şad xəbər

"Bakmil" stansiyasında məhdudiyyət sabahdan müvəqqəti tətbiq olunmayacaq
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. "Bakı Metropoliteni" QSC sərnişinlərinin nəzərinə çatdırır ki, təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında (saat 8:20-dən 17:00-a qədər) qoyulmuş məhdudiyyət oktyabr ayının 30-dan müvəqqəti olaraq tətbiq edilməyəcək.

Qeyd edək ki, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Bu səbəbdən sərnişinlərimizin təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq, stansiyanın fəaliyyəti qarşıdakı günlərdə adi qaydada təmin ediləcək.

Sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.