SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Merkel daha kansler olmayacaq – Gözlənilməz qərar

İlkin nəticələrə əsasən, partiya seçkilərdə 27,2% səs toplayıb
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Almaniya kansleri Angela Merkel bəyan edib ki, o sonuncu müddətə Almaniya kansleri olacaq. Bu barədə Sputnik Azərbaycan "DPA"ya istinadən xəbər verir.

Agentliyin mənbələri bildirib ki, bunu Merkel Xristian Demokratlar Birliyinin (XDB) idarə heyətinin iclasında Hessen Federal torpağında seçkilərin nəticələrini müzakirə edərkən bildirib.

Daha əvvəl Merkel heç vaxt 2021-ci ildə səlahiyyət müddəti bitdikdən sonra vəzifədən gedəcəyini açıqlamırdı.

Bu gün isə Merkel XDB sədrliyindən imtina edəcəyini və dekabrda keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib.

Xatırladaq ki, Hessen Federal torpağında nəticələrin zəif olmasına baxmayaraq XDB qalib gəlib. İlkin nəticələrə əsasən, partiya seçkilərdə 27,2% səs toplayıb.