Şahzadə evlənmək üçün imperator ailəsini tərk etdi

Ayako deyib ki, sadə insanların necə yaşadığını bilmək istəyir
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Yaponiya şahzadəsinin toyu olub. Sputnik Türkiyə xəbər verir ki, toy Meydzi məbədində reallaşıb. İmperatorun əmisi nəvəsi olan 28 yaşlı Ayako böyük gəmi şirkətində işləyən 32 yaşlı Kei Moriya ilə ailə həyatı qurub.

Yaponiyada qaydalara görə imperator ailəsindən olan qadın elə imperator ailəsindən biri ilə evlənsə, ailədə qalır, amma sadə insanla ailə qursa, imperator ailəsini tərk etmək məcburiyyətində qalır.

Ayako deyib ki, sadə insanların necə yaşadığını bilmək istəyir: “Ona görə hətta işləyəcəm də”.