BAKI, 29 oktyabr — Sputnik. PKK terror təşkilatı 1993-cü ildə Ərzurumun Çat ilçəsinin Yavi məhəlləsində 5-i uşaq olmaq ilə 33 vətəndaşı öldürüb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, yavililər həmin gecədən sonra 25 ildir hər gün növbə ilə məhəlləni mühafizə edirlər. Həmin gecə kimisi atasını, həyat yoldaşını, kimisi isə nişanlısını itirib. Məhəllədə 97 könüllü buranı 24 saat növbə ilə mühafizə edir.
Həmin gecə kafedə Hacı və Rasim Yavilioğlunu itirən Sahil Yavilioğlu bu barədə danışıb: “Kafemiz terrordan 5 il sonraya kimi bağlı qaldı. Kəndlilərin israrı ilə yenidən açdıq və 1998-ci ildə market elədik. İki qardaşımı və həmyerlilərimi itirdim. Onları heç vaxt unuda bilmərəm. Bu əraziləri daima qoruyacağıq”.