CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ana yeni dünyaya gətirdiyi oğlunu öldürüb, həm də nənənin yardımı ilə

Körpənin meyiti basdırıldığı yerdən çıxarılıb
Sputnik

BAKI, 29 oktyabr - Sputnik. Sumqayıtda gənc qadın anası ilə əlbir olaraq körpəsini öldürüb. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, şəhərin H.Z.Tağıyev qəsəbəsində 22 yaşlı Səbinə İsmayılova yeni dünyaya gətirdiyi oğlan uşağını 56 yaşlı anası Nigar Salmanova ilə birlikdə öldürərək, həmin qəsəbədə yerləşən qəbiristanlıqda basdırıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Körpənin meyiti basdırıldığı yerdən çıxarılıb.