Avropada ən uzunömürlü insanların yaşadığı bölgə məlum oldu

Avropada ən uzunömürlü insanlar Aralıq dənizi regionunda yaşayırlar
Sputnik

BAKI, 29 oktyabr - Sputnik. Avropada ən uzunömürlü insanlar Aralıq dənizi regionunda yaşayırlar. İspanlar və italyanlar orta hesabla 83,4 il ömür sürürlər.

AZƏRTAC Avropa İttifaqının Statistika İdarəsinə istinadla xəbər verir ki, quruma üzv ölkənin statistik göstəriciləri əsasında hazırlanmış siyahıda sonrakı yerlərdə Fransa, Lüksemburq və Kipr (hər biri 82,7 il), Malta (82,6 il), İsveç (82,4 il) Avstriya və İrlandiya (81,8 il) yer alıb. Avropanın ən çox əhaliyə malik ölkəsi Almaniyada isə orta ömür həddi 81 ildir. Siyahıda son yerləri isə Bolqarıstan, Latviya və Litva (hər birində 74,9 il) tutub.

Ölkələrin regionlarında əhalinin orta yaş həddinə gəldikdə isə yenə də Aralıq dənizi regionu ön cərgədə yer alıb. İspaniyanın Madrid regionunun sakinləri orta hesabla 85,2 il ömür sürürlər, sonrakı yerdə isə həmin ölkənin La Rioxa və Kastilya Leon regionları və İtaliyanın Trento Muxtar Vilayəti (hər birində 84,3 il) tutur.