CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt rayonunda içməli suyun verilməsində fasilə yaşanır

Xətai rayonuna içməli suyun verilməsində fasilə olacaq
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Sutka ərzində Bakının Xətai rayonunun bir hissəsinə (Qara şəhər adlanan ərazi, N.Rəfiyev, N.Əliyev, S.Orucov, M.Mehdizadə, Xocalı küçələri) içməli suyun verilişində fasilə olacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən bildirilib.

Qeyd edilir ki, buna səbəb magistral kəmərdə baş vermiş qəzadır.