Rusiyanın 5-ci kanalının yaydığı videoda cəsur “Oka”nın məharəti lentə alınıb. Yerli sakinlər nəfəslərini çəkərək əhvalatı izləyiblər. Yarısı su altında qalmış balaca maşının sönmədən yoluna davam edəcəyinə heç kim inanmırdı.
Buna baxmayaraq, maşının sürücüsü idarəetməni itirmədən Soçi sakinlərinə əsl master-klass göstərib. İzləyicilər “Oka”nın təbii fəlakətlə mübarizəsini alqışlarla qarşılayıblar.
Xatırladaq ki, Rusiyanın Krasnodar bölgəsini anomal leysan yağışlar bürüyüb. Təbii fəlakət nəticəsində iki nəfər dünyasını dəyişib, daha üç nəfər isə xəsarət alıb. Hal-hazırda Krasnodar bölgəsində fövqəladə vəziyyət elan olunub.