Yuxusunda rəqəmlər gördü, lotereyada 9 milyon uddu

Matveyevin özünün sözlərinə görə, o, bir il ərzində yaxınlarının doğum tarixini əlavə etməklə yuxusunda gördüyü rəqəmləri müxtəlif lotereyalarda istifadə edib
Sputnik

BAKI, 27 oktyabr — Sputnik. Moskva sakini İlya Matveyev yuxuda gördüyü rəqəmləri yazmaqla 9 milyondan çox rubl (237 min 808 AZN) udub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"-yə "Stoloto" brendinin mətbuat xidmətindən bildirilib.

Azərbaycanda yeni yaş məhdudiyyəti tətbiq ediləcək

"İlya yuxuda qalib olduğunu görüb. O, yuxusunda qalib gələn iki rəqəmi: 8 və 33-ü aydın şəkildə görüb. Məhz bu rəqəmlər ona Dövlət lotosunun 9260-cı tirajında qalibiyyət gətirib" - deyə mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Matveyevin özünün sözlərinə görə, o, bir il ərzində yaxınlarının doğum tarixini əlavə etməklə yuxusunda gördüyü rəqəmləri müxtəlif lotereyalarda istifadə edib: "Lakin son vaxtlar mənim bəxtim gətirmirdi. Sonuncu dəfə bu rəqəmləri biletə işarələyib və onları unutmaq qərarına gəldim. Mükafatı udmaq belə ağlıma gəlmədi".

Matveyev, həmçinin etiraf edib ki, hələlik belə bir böyük məbləğdə mükafatı qazandığına inanmır: "Əvvəlcə inanmadım, elə bildim ki, 9 min rubl udmuşam. Lakin sonradan şok oldum. Mən hələlik belə pulların virtual məkanda olmasına inan bilmirəm".