Ərdoğandan silahdaşlarına sərt xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın üzvlərini ad çəkmədən tənqid edib
Sputnik

BAKI, 27 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın üzvlərini ad çəkmədən tənqid edib.

Sputnik Azərbaycan "Mynet"ə istinadla xəbər verir ki, Ərdoğan partiya üzvlərinin sosial media üzərindən apardığı müzakirələrə sərt reaksiya göstərib.

Sosial media mövzusunda diqqətli olmalarını istəyən Ərdoğan deyib: "Dostların paylaşımlarına müdaxilə etməkdən bezdim. Qəzetlərə manşet oluruq. Twitter açıqlamalarına diqqət edin. Başqa iş qalmamış kimi bunlarla məşğul oluruq".

Ərdoğan partiya üzvlərindən sosial media paylaşımlarında daha diqqətli olmalarını və polemikalardan uzaq durmalarını istəyib.