CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 91 cinayətkar qrup zərərsizləşdirilib

Bakı Şəhər Baş Polis İdarəsində cinayətlərin prоfilaktikasında və açılmasında müasir infоrmasiya tехnоlоgiyalarının tətbiqinin böyük əhəmiyyəti оlub
Sputnik

BAKI, 27 oktyabr — Sputnik. Bu ilin 9 ayı ərzində Bakı Şəhər Baş Polis İdarəsinin ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 4.334 hadisə aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.

O qeyd edib ki, Bakı Şəhər Baş Polis İdarəsində cinayətlərin prоfilaktikasında və açılmasında müasir infоrmasiya tехnоlоgiyalarının tətbiqinin böyük əhəmiyyəti оlub: “Kameraların arxiv görüntülərindən istifadə edilməklə 219 bağlı cinayət açılıb. Bununla yanaşı, 57 soyğunçuluq və quldurluq cinayəti törədən 52 qrup, eləcə də 80 mənzil oğurluğunda şübhəli bilinən 90 nəfərdən ibarət 39 cinayətkar qrup ifşa olunub”.