Avropada müsəlmanlara qarşı faşist hərəkət - VİDEO

Vətəndaşların hadisəyə reaksiya göstərməsindən sonra restoran sahibi açıqlama verib
Sputnik

BAKI, 27 oktyabr — Sputnik. Almaniyanın Nürnberg şəhərində bir restoranın girişinə "Müsəlmanlar girə bilməz" yazılıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, restoranın girişindəki yazını görən mühacir türklər hadisəyə reaksiya göstərib.

Vətəndaşların hadisəyə reaksiya göstərməsindən sonra restoran sahibi açıqlama verib. O, sözügedən yazının bir neçə həftə əvvəl başqaları tərəfindən yazıldığını söyləyib.

Restoran sahibi tərəfindən götürülən tablonun bir millətçinin yazdığı ehtimal edilir.