CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana qar yağıb

Artıq dağların zirvəsi ağ örpəyə bürünüb. Qarın hündürlüyü təxminən 3-4 sm təşkil edir
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan.

BAKI, 27 oktyabr – Sputnik. Azərbaycana qar yağıb.

Qar bu gün axşam saatlarında şimal bölgəsinə yağmağa başlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qar əsasən Qubanın Xınalıq, Cek, Qalaxudat, Haput, Qrız, Buduq və Xaltan kəndlərinə, Qusarın Ləzə və Hil kəndlərinə yağmağa başlayıb.

Artıq dağların zirvəsi ağ örpəyə bürünüb. Qarın hündürlüyü təxminən 3-4 sm təşkil edir.

Xınalıqda və bir neçə dağ kəndində artıq gediş-gəlişdə problemlər yaranmağa başlayıb. Temperatur aşağı düşüb.

Hal-hazırda qar yağmağa davam edir.