CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlarını təkbaşına saxlayan ata həbs edilib

Onların evində nə çarpayı, nə soyuducu, nə də oyuncaq olub.
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Uşaqlarını koka-kola və şirniyyatla qidalandıran fransız həbs edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Alkoqolizmdən əziyyət çəkən kişi təkbaşına 3 və 4 yaşlarında olan iki oğlunu böyüdür və tərbiyə edirmiş. Onların evində nə çarpayı, nə soyuducu, nə də oyuncaq olub.

Bu qəribə ailə sosial xidmətlərin diqqətini cəlb edib. Araşdırma zamanı məlum olub ki, kişi uşaqlarını ancaq şirniyyat və koka-kola ilə qidalandırır. Belə qida rasionuna görə, böyük uşaq 7 dişini itirib.

Sosial xidmətlər uşaqları bu məsuliyyətsiz atanın əlindən alaraq başqasının himayəsinə veriblər. Ata isə Limoj həbsxanasına göndərilib.