CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürüşmə zonasından yeni xəbər var

Oktyabrın 12-də sürüşmə baş verib, evlərin divarlarında müxtəlif ölçülü çatlar əmələ gəlib
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. "Badamdar - 20-ci sahə yolunun sağ kənarındakı sürüşmə ərazisində saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Qeyd edək ki, Badamdar - 20-ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında gərginlik oktyabr ayının 1-dən başlayaraq müşahidə edilir. Oktyabrın 12-də isə sürüşmə baş verib, evlərin divarlarında müxtəlif ölçülü çatlar əmələ gəlib.

Məlumata görə, 11 fərdi ev və 3 obyektə ciddi ziyan dəyib. Ərazidə yaşayan sakinlər köçürülüb. Sürüşmə zonasında gərginlik davam edir.