Böyük Britaniyanın baş naziri Tereza Mey Səudiyyə Ərəbistanına onun ölkəsinin jurnalisti Camal Qaşıqçının ölümünün təfərrüatları ilə bağlı verdiyi izahatın etimada layiq olmadığını deyib.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Avropa və ABŞ-ın demokratiya arxasınca qaçdığını düşünmürəm:
“Kral ailəsinin apardığı siyasət Səudiyyə Ərəbistanını dövlət olaraq sıradan çıxarır. Səudiyyə Ərəbistanı təkcə neft deyil, həm də əhəmiyyətli regional faktordur. Bu dövlət bir neçə dəfə ABŞ-ın arzularına uyğun olaraq geo-siyasi sifarişlər yerinə yetirib. Əgər Səudiyyə Ərəbistanı iflasa uğrasa, ABŞ-ın yaxın şərq siyasəti qurula bilməyəcək. Belə bir faktrın qərbin əlindən çıxması ABŞ və Avropa ölkələrində qorxu yaradıb”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz