RUSİYA

Məşhur aktyor vəfat edib

Onun ürəyi bu gün səhər saatlarında dayanıb
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Rusiyanın məşhur aktyoru Nikolay Petroviç Karaçenkov vəfat edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda aktyorun oğlu məlumat verib.

Məşhur aktyor vəfat edib

Onun sözlərinə görə, atasının ürəyi bu gün səhər saatlarında dayanıb. Hadisə Moskvada yerləşən 62 saylı xəstəxananın reanimasiya şöbəsində baş verib.

Aktyor ilə vida mərasimi "Lenkom" teatrında keçiriləcək. Hələlik mərasimin keçiriləcəyi tarix məlum deyil.

Qeyd edək ki, Karaçenkova 2017-ci ildə ağ ciyərində xərçəng şişi diaqnozu qoyulub. Bu ilin avqust ayında aktyorun həyat yoldaşı açıqlama vermişdi ki, İsraildə edilən müalicənin də heç bir xeyri olmayıb.

Xatırladaq ki, Nikolay Petroviç Karaçenkov 40 ilə yaxın "Lenkom" teatrında işləyib. Aktyor, eyni zamanda filmlərə də çəkilib.