CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İnnovasiyalar həftəsi"ndə layihələr təqdim edilib

Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini Rastislav Vrbenski çıxış ediblər
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi ilk beynəlxalq "İnnovasiyalar həftəsi" çərçivəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələrin təqdimatı olub.

Nazir müavini Azərbaycanın kosmosdakı uğurlarından danışdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən təşkil olunan tədbirdə "Bilik iqtisadiyyatı – Azərbaycanın innovasiya yol xəritəsi layihəsi", "Azərbaycanda biliyə əsaslanan və innovativ iqtisadiyyatın inkişaf etdirilməsi – qiymətləndirmə və təkliflər sənədi", "Azərbaycanın yüksək texnologiyalar sektoruna dəstək göstərilməsi üçün effektiv investisiya şərtləri və xüsusi müəssisələrə investisiya yatırılması qaydaları: yüksək texnologiyalara və İKT-yə investisiya yatırılması ilə Azərbaycanın gələcəyinin qurulması", "Azərbaycanın gələcəyinin formalaşdırılması: rəqəmsal iqtisadiyyatın inkişafı üçün Milli Konsepsiyanın və innovativ strukturların inkişaf etdirilməsi – yüksək texnologiyalı müəssisələrin investisiyaları üçün Fəaliyyət Planı" təqdim olunub.

Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini Rastislav Vrbenski çıxış ediblər.

Nazir Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında innovasiyalarla bağlı əsas hədəflər öz əksini tapıb.

İnnovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımlar atıldığını qeyd edən nazir, qanunvericilik bazasının təkmilləşdirildiyini, sənaye və texnoloji parkların yaradıldığını diqqətə çatdırıb.

"Sofiya" İlham Əliyevin hüzurunda - FOTOLENT

"İnnovasiya fəaliyyətində yüksək texnologiyalar, o cümlədən informasiya və kommunikasiya texnologiyaları mühüm rol oynayır. İKT təhsil, səhiyyə, kənd təsərrüfatı, istehsalat, xidmət, sosial və sair sahələrdə innovasiyaların tətbiqinə geniş imkanlar açır. Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini təmin etmək məqsədilə - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı" təsis edilib, həmçinin Mingəçevir şəhərində "Yüksək Texnologiyalar Parkı" yaradılıb. Bu parklarda vergi və gömrük güzəştləri tətbiq edilir" - deyə əlavə edib.

Qeyd edək ki, innovasiyalar üzrə yol xəritələri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ekspertləri tərəfindən hazırlanıb.