BAKI, 26 oktyabr — Sputnik. Baş nazir Novruz Məmmədov Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nı təsdiq edib. Sputnik Azərbaycan Nazirlər Kabinetinin (NK) saytına istinadla xəbər verir ki, qərara görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı aşağıdakı kimi təsdiq edilib.
1. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu.
2. "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu.
3. "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutu.
4. "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutu.
5. "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu.
6. Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu.
7. Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi.
8. Tikintidə Qiymətqoyma Mərkəzi.
9. "Sedam" Məhdud Məsuliyyətli Cəmiyyəti.
10. "Nəqliyyat Servis FH" Məhdud Məsuliyyətli Cəmiyyəti.
11. "Hidrotex" Məhdud Məsuliyyətli Cəmiyyəti.