HADİSƏ

Dövlət agentliyinin avtomobili qəzaya düşərək yandı, yaralananlar var

Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Zaqatala rayonunda baş verib.

Belə ki, Dövlət Agentliyinin "Mitsubishi" avtomobili ötmə əməliyyatı etmək istəyərkən "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə "Mitsubishi" iki dəfə aşaraq yanmağa başlayıb.

Dövlət agentliyinin avtomobili qəzaya düşərək yandı, yaralananlar var

Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.