ABŞ kəşfiyyatının rəhbəri prezidentə mühüm məlumat çatdırıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün Türkiyəyə səfər edib
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel prezident Donald Trampa səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı məlumat verib. Sputnik Azərbaycan"Anadolu" agentliyinə istinadla xəbər verir ki, Haspel Türkiyədən səfərdən qayıtdıqdan sonra Trampa tapıntıları və görüşləri haqqında məlumat verib.

Rəsmı etiraf edildi: Camal Qaşıqçı konsulluqda öldürülüb

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.