PAYTAXT XƏBƏRLƏRİ

Paytaxtda böyük tıxac yaranıb - RƏSMİ

“Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar”
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır.

“Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar”, — məlumatda vurğulanıb.