Dünyanı qorxudan raket xəbəri yayıldı

Mənbə həmçinin oxşar raket və sistemlərin Çin və ABŞ-da da inkişaf etdirildiyini qeyd edib
Sputnik

BAKI, 26 oktyabr — Sputnik. ABŞ mətbuatında Rusiyanın tezliklə peykləri məhv etməyə qadir olan yeni raketlər yaradacağı irəli sürülüb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, iddiaya görə raketlərin ilk testlərinə çoxdan başlanıb.

Mətbuat yazır ki, Rusiya 2022-ci ilədək peykləri məhv etmə qabiliyyətindəki raketlərə sahib olacaq. Bu raketlər orbitdəki rabitə və görüntü peyklərini hədəf alacaq.

Artıq ilkin testləri keçirilmiş yeni raketlərin saxta peyklər üzərindəki testlərinə gələn il başlanacaq, raketlər 4 il sonra rus ordusunun silahlanmasına daxil ediləcək.

Mənbə həmçinin oxşar raket və sistemlərin Çin və ABŞ-da da inkişaf etdirildiyini qeyd edib.