Televiziya eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, artıq neçə illərdir televiziyalar mətbuatın və ümumilikdə medianın əsas mövzusuna çevrilib:
“Televiziya insanları məlumatlandırmalı, estetik zövq formalaşdırmalıdır. Bu missiya daha çox büdcədən maliyyələşən telekanalların üzərinə düşməlidir. Amma bu özəl televiziyaları məsuliyyətdən azad etmir. Özəl kanallar pul qazanmaq xatirinə səviyyəsiz verilişlər hazırlaya bilməz. Bu gün televiziyalarda ictimai əxlaqın zədələnməsi və pozucu təsirlərə qədər mənfi tendensiyalar müşahidə olunur. Hesab edirəm ki, bütün bu məsələlər müzakirə edilməlidir. Televiziya ictimai missiyasını əsas tutaraq cəmiyyətə fayda verməlidir. Heç bir televiziya rəhbəri pul qazanmaq xatirinə dəyərləri tapdalaya bilməz. Televiziya yayımı siyasətinə yenidən baxmağa ciddi ehtiyyac var”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz