CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havada tozun miqdarı normadan 3 dəfə çoxdur

Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib
Sputnik

BAKI, 25 oktyabr — Sputnik. "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə görə Bakı və Abşeron yarımadasında 25 oktyabr 2018-ci il tarixində səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır".

Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir.

Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən, havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib.