Binəqədidə fövqəladə hadisə baş verib

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub
Sputnik

BAKI, 25 oktyabr — Sputnik. Bakı şəhəri Binəqədi rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, 1 otağının tavanı 20 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 18 m² sahədə yanıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.