Qaşıqçı olayının ilk nəticəsi: Şahzadə iqtisadi forumun açılışında iştirak etməyib

Keçən il şahzadə forumda çıxış etmişdi
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Adı jurnalistin qətlində çəkilən Səudiyyə şahzadəsi Ər-Riyadda keçirilən iqtisadi forumda iştirak etməyib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhəmməd bin Salman Əl Səud "Future İnvestment İnitiative" forumunun açılışında iştirak etməyib.

Məlumata görə, şahzadə Məhəmməd üzərində beynəlxalq təzyiq artır. Tənqidçilər isə Qaşıqçının ölümünün onun tərəfindən sifariş edildiyini və yaxud bu barədə bildiyini ehtimal edir.

Keçən il şahzadə forumda çıxış etmişdi.

ABŞ və Qərb ölkələrindən olan əsas iş adamlarının Ər-Riyada gəlməməsinə baxmayaraq, ilk gün Rusiya və Asiya nümayəndələri arasında 50 milyard dollarlıq müqavilə bağlanılıb.

Yeri gəlmişkən, ötən gün forumun saytı dağıdılıb. Əsas səhifədə varis şahzadənin əlində qanlı qılıncla Camal Qaşıqçının arxasında durduğunu əks etdirən bir rəsm yerləşdirilib. Fotonun altında isə hakerlər Səudiyyə Ərəbistanı hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair çağırış yerləşdirib.