HADİSƏ

Qubada faciə yaşanıb

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Quba sakini dəm qazından boğulub ölüb. Sputnik Azərbaycan-ın bögə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ərdəbil küçəsində baş verib.

33 yaşlı Etibar Səməd oğlu Əliyev hamamda çimərkən dəm qazından boğulub. Ailə üzvləri onun hamamdan çıxmadığına görə narahat olub və hamamaın qapısını döyüblər. Qapı açılmadığı üçün qapını sındıraraq içəri daxil olublar və yerdə cəsədlə qarşılaşıblar.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. Mərhum evin tək oğludur, ailəlidir və 2 azyaşlı övladı var.