RUSİYA

Qatarda qaşıq çatışmazlığı davaya səbəb oldu

Mübahisə tez bir zamanda həll edilib
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Təhlükəsizlik xidmətinin əməkdaşı Moskva-Kazan qatarının bələdçisini qaşıq çatışmazlığına görə vaqondan çıxmasına icazə verməyib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bələdçi ilə təhlükəsizlik əməkdaşının arasında mübahisə reysdən sonra vaqonun texniki parka təhvili zamanı baş verib. 37 yaşlı təhlükəsizlik əməkdaşı ilə 54 yaşlı qadın bələdçi arasında mübahisə qaşıq çatışmazlığına görə olub.

Məlumata görə, qadına fiziki güc tətbiq edilməyib, onun sağlamlığını heç nə təhlükə altında qoymayıb və qadının tibbi yardıma heç bir ehtiyacı olmayıb.

Mübahisə tez bir zamanda həll edilib və tərəflərin bir-birinə qarşı heç bir iddiası olmayıb.