BAKI, 24 oktyabr — Sputnik. Vergilər Nazirliyi sentyabrın 5-də “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 54, nizamnamə kapitalı 500 manat, qanuni təmsilçisi isə Azərbaycanın keçmiş təhsil nazirinin qızı — Samirə Misir qızı Mərdanovadır.