SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran ABŞ ilə müzakirəyə hazır olduğunu açıqladı

İran XİN rəhbəri: "Bizim ABŞ ilə müzakirədə ilkin şərtlərimiz yoxdur, ancaq, danışıqlar üçün qarşılıqlı etimaddan əvvəl qarşılıqlı hörmət lazımdır"
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin ABŞ hökuməti ilə müzakirəyə hazır olduğunu açıqlayıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Cavad Zərif İranın ABŞ ilə müzakirə məsələsində şərti olmadığını, ancaq, Vaşinqton rəhbərliyinin Tehrana hörmət etməsinin lazım olduğunu bildirib.

"Bizim ABŞ ilə müzakirədə ilkin şərtlərimiz yoxdur, ancaq, danışıqlar üçün qarşılıqlı etimaddan əvvəl qarşılıqlı hörmət lazımdır"-deyə Cavad Zərif bildirib.

Zərif ABŞ sanksiyalarına qarşı bir çox ölkənin Tehranla iqtisadi əlaqələrini davam etdirdiyini və sanksiyaların öhdəsindən gələcəklərini sözlərinə əlavə edib.