Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ilkin nəticələri açıqlanıb

İnstitutda dünya standartlarına cavab verən yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib
Sputnik

BAKI, 24 oktyabr-Sputnik. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı bu gün həmin təhsil ocağında tədbir keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Mətbuat Şurası rəhbərliyinin və üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Aİİ-nin təsis edildiyi vaxtdan bu günə qədər olan fəaliyyəti, ilk tədris ilinə hazırlığı, reallaşdırdığı layihələr və gələcək perspektivləri barədə məlumat verilib. 

İlahiyyat İnstitutuna qəbul olunmuş abituriyentlərin nəzərinə

Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş yeni ali təhsil müəssisəsidir. Aİİ 2018-2019-cu tədris ilində fəaliyyətinə İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə başlayıb. İnstitutda dünya standartlarına cavab verən yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib.

Millət vəkili Əflatun Amaşov deyib ki, parlamentdə dini radikalizmlə bağlı vətəndaş mövqeyini hər zaman ortaya qoyurlar: ""Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanun layihəsinə "dini xurafat" anlayışını da daxil etməyi təklif etmişəm. Orta məktəblərdə keçirilən həyat bilgisi fənnində din ilə bağlı müəyyən məlumatlar verilir. Ümumiyyətlə, dünya dinləri ilə bağlı geniş bilgilərə mailk olmalıyıq.

1 / 4
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı bu gün həmin təhsil ocağında tədbir keçirilir
2 / 4
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı bu gün həmin təhsil ocağında tədbir keçirilir
3 / 4
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı bu gün həmin təhsil ocağında tədbir keçirilir
4 / 4
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov

Millət vəkili Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək Azərbaycanda dini kadrların yetişdirilməsinin vacib olduğunu bildirib, din-dövlət münasibətlərindən bəhs ediblər.Tədbir çıxışlarla davam edir.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb.